Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq etmək qərarına gəlib.
Digər ölkələr
5 May , 2022 21:53
Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida deyib.

Yeni sanksiyalar paketinə daha 140-a yaxın fiziki şəxsin aktivlərinin dondurulması, Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı şirkətlərə qoyulan qadağalar, sanksiyalara məruz qalan Rusiya banklarının genişləndirilmiş siyahısı daxildir.

Baş nazir, həmçinin deyib ki, yaxın günlərdə sanksiyaların konkret siyahısının açıqlanacağı gözlənilir.

“Ukraynadakı durum Cənub-Şərqi Asiyada, Tayvanda təkrarlana bilər”, - Baş nazir əlavə edib.

Qeyd edək ki, Ukraynadakı müharibəyə görə Yaponiya əvvəllər də Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi.

Son xəbərlər

Orphus sistemi