Yaponiya Rusiyaya dəbdəbəli malların ixracını qadağan edəcək

Yaponiya Rusiyaya dəbdəbəli malların ixracını qadağan edəcək Yaponiya hökuməti aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyur.
Digər ölkələr
29 Mart , 2022 07:16
Yaponiya Rusiyaya dəbdəbəli malların ixracını qadağan edəcək

Yaponiya hökuməti aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyur.

"Report" xəbər verir ki, bunu Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin rəhbəri Koiti Haqiuda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hökumətin qərarına əsasən, aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium markalı avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracına qadağa qoyulur.

Tokio Moskvaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Xüsusilə, Yaponiya martın 18-dən 275 malın, o cümlədən yarımkeçiricilər, radarlar, sensorlar, lazerlər, rabitə avadanlıqları, qeyd cihazları, proqram təminatı, traktorlar üçün komponentlər, təyyarələr üçün qaz turbinli mühərriklər və onların komponentləri, neft emalı üçün avadanlıqların ixracına qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi