Yaponiya Rusiyanın Kuril adalarında silahlarının sayını artmasından narahatdır.
“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin illik hesabatında - "Ağ kitab"da deyilir.
“Rusiya Silahlı Qüvvələrinin Yaponiya ətrafında hərbi aktivliyində artım, eləcə də Uzaq Şərqdə ən son növ silahların yerləşdirilməsinə davam etmək tendensiyası var. Bu tendensiyaları yüksək narahatlıqla izləmək lazımdır”, - sənəddə vurğulanır.
Hesabatda Rusiya-Çin birgə təlimləri, xüsusən Yaponiyanın ərazi sərhədinə bitişik rayonlarda patrul aparılması qeyd olunur.
Sənəddə həmçinin “Bastion” sahil raket sistemlərinin yerləşdirilməsi və Oxot dənizində təlimlərin keçirilməsini göstərilir.