Yaponiya Olimpiadanı keçirmək niyyətindədir

Yaponiya Olimpiadanı keçirmək niyyətindədir Bunu ölkənin baş naziri Yoşihide Suqa deyib
Digər ölkələr
17 Aprel , 2021 09:45
Yaponiya Olimpiadanı keçirmək niyyətindədir

“Yaponiya hökuməti ölkədə epidemioloji vəziyyətin pisləşməsinə baxmayaraq, Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi planlarından imtina etməyi düşünmür”.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Yoşihide Suqa ABŞ Prezidenti Cozef Baydenlə keçirilmiş danışıqlardan sonra Ağ Evdə birgə mətbuat konfransında deyib.

“Yaponiya Oyunları bu yay Tokioda keçirməkdən ötrü hərtərəfli və tam hazırlığını davam etdirəcək”, - Suqa qeyd edib.

Xatırladaq ki, koronavirus pandemiyasına görə 2020-ci ildən təxirə salınmış Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqustda keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi