Yaponiya KXDR əleyhinə sanksiyaların müddətini artırıb

Yaponiya KXDR əleyhinə sanksiyaların müddətini artırıb Yaponiya hakimiyyəti Şimali Koreya barəsində qüvvədə olan sanksiyaların müddətini uzatmaq barədə qərar qəbul edib.
Digər ölkələr
9 Aprel , 2019 08:44
Yaponiya KXDR əleyhinə sanksiyaların müddətini artırıb

Yaponiya hakimiyyəti Şimali Koreya barəsində qüvvədə olan sanksiyaların müddətini uzatmaq barədə qərar qəbul edib.

Bu barədə "Report" "Kyodo" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, rəsmi Pxenyan əleyhinə yönələn sanksiyalar daha 2 il müddətində qüvvədə qalacaq.

Rəsmi Tokio belə tədbirlərin köməyi ilə Pxenyanı nüvə proqramının bağlanması üçün konkret addımların atılmasına təşəbbüs etməsinə çalışır.

Həmçinin Yaponiya hakimiyyəti keçmişdə oğurlanmış vətəndaşlarının taleləri barədə məlumat almaq istəyir.

İlkin ehtimala görə, Yaponiyanın qərarı həm də onunla izah olunur ki, hazırda ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında danışıqların nəticəsi barədə qabaqcadan xəbər vermək çətindir.

Son xəbərlər

Orphus sistemi