Yaponiya ilə ABŞ arasında hərbi xərclərə dair sənəd imzalanıb
- 07 yanvar, 2022
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Yaponiyada yerləşdirilən hərbi bazasının saxlanması xərclərinə dair razılıq əldə olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Yaponiyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Yaponiyanın Xarici İşlər Nazirliyi ilə ABŞ-ın Müdafiə Nazirliyi arasında Amerikanın bu ölkədə yerləşdirilən hərbi bazasının saxlanması xərclərinə dair sənəd imzalanıb.
Qeyd olunub ki, razılaşma 2022-2026-cı illəri əhatə edəcək və ABŞ bu müddət ərzində Yaponiyadakı hərbi bazalarının saxlanılmasına 9,29 milyard dollar xərcləyəcək.
Məlumata görə, bu məqsəd üçün bir illik xərcin məbləği isə 1,85 milyard dollar nəzərdə tutulub.
Xatırladaq ki, Yaponiyada dəniz piyadaları da daxil olmaqla ABŞ-ın 50 mindən çox hərbçisi yerləşdirilib.
ABŞ hərbi bazalarının çoxu Okinava adasında dislokasiya olunub.