Yaponiya hökuməti mümkün vulkan püskürməsi səbəbilə böhran qərargahı yaradıb

Yaponiya hökuməti mümkün vulkan püskürməsi səbəbilə böhran qərargahı yaradıb Bakı. 15 avqust. REPORT.AZ/ Yaponiya hökuməti ölkənin cənub-qərbində güclü vulkan püskürməsi təhlükəsi ilə əlaqədar böhran qərargahı yaradıb.
Digər ölkələr
15 Avqust , 2018 10:06
Yaponiya hökuməti mümkün vulkan püskürməsi səbəbilə böhran qərargahı yaradıb

Bakı. 15 avqust. REPORT.AZ/ Yaponiya hökuməti ölkənin cənub-qərbində güclü vulkan püskürməsi təhlükəsi ilə əlaqədar böhran qərargahı yaradıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Daha əvvəl Yaponiya Baş Meteorologiya İdarəsi Kutinoerabu adasında güclü vulkan püskürməsi ehtimalı barədə xəbərdarlıq edib. Mütəxəssislərin xəbərdarlığı vulkanik zəlzələlərin sayının qəfil artımı ilə əlaqədardır.

Qeyd olunur ki, vulkan püskürməsi insanların yaşadığı yerlərdə fəlakətli nəticələrə gətirib çıxara bilər.

Son xəbərlər

Orphus sistemi