Yaponiya hakim partiyasının yeni lideri məlum olub

Yaponiya hakim partiyasının yeni lideri məlum olub Sentyabrın 16-da parlamentin növbədənkənar iclası keçiriləcək
Digər ölkələr
181
14 Sentyabr , 2020 12:09
Yaponiya hakim partiyasının yeni lideri məlum olub
Yosihide Suqa

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilib və bu da onun yaxın zamanlarda Yaponiyanın yeni Baş naziri olacağını göstərir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə bu gün baş tutub.

Suqa 377, onun rəqibləri - keçmiş Müdafiə naziri Siqeru İsiba və sabiq Xarici İşlər naziri Fumoi Kisida isə müvafiq olaraq 68 və 89 səs toplayıb.

Sentyabrın 16-da parlamentin növbədənkənar iclası keçiriləcək və səhhəti ilə əlaqədar vəzifəsindən gedən Sindzo Abeni əvəz edəcək Baş nazirin namizədliyi üzrə səsvermə keçiriləcək.

Parlamentdə hakim LDP və Komeito Partiyasının yaratdığı koalisiyasının əksəriyyət təşkil etdiyini nəzərə alsaq, Yosihide Suqanın qələbə qazanacağı və Yaponiyanın yeni hökumətinə rəhbərlik edəcəyi gözlənilir. O, artıq sələfinin siyasi kursunu davam etdirəcəyini də açıqlayıb.

Son xəbərlər

Orphus sistemi