Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar təklifi ilə çıxış edib

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar təklifi ilə çıxış edib Yaponiya hökuməti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması ilə bağlı konkret danışıqlara başlamağı tələb edir.
Digər ölkələr
25 Sentyabr , 2021 04:09
Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar təklifi ilə çıxış edib

Yaponiya hökuməti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması ilə bağlı konkret danışıqlara başlamağı tələb edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Baş naziri Yoşihide Suqa BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirədə videomüraciətində deyib.

"Yaponiya təşkilatın 21 -ci əsrin reallıqlarını əks etdirməsi üçün islahatlarla bağlı konkret danışıqlara başlamağa çağırır", - Suqa deyib.

Hökumət başçısının sözlərinə görə, daha dinc və təhlükəsiz bir dünya yaratmaq üçün tərksilah məsləsində atılan addımlar vicdanlı və şəffaf olmalıdır.

Suqa əlavə edib ki, Yaponiya dağıdıcı atom bombalarının yaşandığı yeganə ölkə olaraq, fərqli mövqelərdəki ölkələr arasında körpü rolunu oynayacaq və dünyanın nüvə silahlarından azad edilməsinə töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi