Girov Kenji Goto-nun başının kəsilməsi Yaponiyada hiddət yaradıb

Girov Kenji Goto-nun başının kəsilməsi Yaponiyada hiddət yaradıb Baş nazir Shinzo Abe deyib ki Yaponiya "terrorçuluğa baş əyməyəcək"
Digər ölkələr
1 fevral 2015 14:23
Girov Kenji Goto-nun başının kəsilməsi Yaponiyada hiddət yaradıb

Bakı. 1 fevral. REPORT.AZ/ Girov Kenji Goto-nun başının kəsilməsi əks etdirən video Yaponiyada qəzəblə qarşılanıb.

"Report" BBC-yə istinadla xəbər verir ki, Baş nazir Shinzo Abe deyib ki, Yaponiya "terrorçuluğa baş əyməyəcək" və rəsmi Tokio, "İslam Dövləti"nə qarşı mübarizə aparan ölkələrə dəstəyini artıracaq.

Qeyd edək ki, son iki həftə ərzində iki Yaponiya vətəndaşı İD döyüşçüləri tərəfindən qətlə yetirilib.

47 yaşlı K.Goto müharibə zonalarında dinc sakinlərin əziyyətləri barədə hazırladığı reportajlara görə tanınan jurnalist idi. 

Son xəbərlər

Orphus sistemi