Yuxarı

Yanukoviç hakimiyyətdən uzaqlaşdırılmasını qanunsuz hesab edir

Bu qətnamə konstitusiyaya tamamilə ziddir

Bakı. 24 dekabr. REPORT.AZ/ Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırılmasını qanunsuz hesab edir. "Report" xəbər verir ki, bu barədə V.Yanukoviç "Arqumentı i faktı" qəzetinə müsahibəsində bildirib. 

"Bu qətnamə konstitusiyaya tamamilə ziddir. Xüsusi müvəqqəti komissiya yaradılmadan, Ali və Konstitusiya məhkəmələrinin hər hansı bir rəyləri olmadan verilən qərardır. Lakin ən açıq pozuntu ondan ibarətdir ki, mənim kənarlaşdılmam haqqında qərarın lehinə tələb olunan ən azı deputatların ümumi sayının 3/4 hissəsini təşkil edən 338 deputat əvəzinə 328 deputat səs verib. Dövlət çevrilişinin təşkilatçıları bu qərarı qəbul etməklə son həddi aşıblar, onlar konstitusiya sistemini deviriblər", - V.Yanukoviç qeyd edib. 

Onun fikrincə, müxalifətin yalnız bir variantı qalıb. 

V.Yanukoviç bildirib ki, onun ölkədən getmək qərarı, həmçinin "müxalifət liderləri"nin onu öldürməyə cəhd göstərmələrindən irəli gəlir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi