Cənubi Koreyada yanğın olub, ölən və yaralananlar var

Cənubi Koreyada yanğın olub, ölən və yaralananlar var Bakı. 15 yanvar. REPORT.AZ/ Cənubi Koreyada ölüm və xəsarətlə nəticələnən yanğın olub.
Digər ölkələr
15 Yanvar , 2019 05:24
Cənubi Koreyada yanğın olub, ölən və yaralananlar var
Yonhap

Bakı. 15 yanvar. REPORT.AZ/ Cənubi Koreyada ölüm və xəsarətlə nəticələnən yanğın olub.

"Report" "İnterfax.ru"ya istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Çhonan şəhərində baş verib. "Ramada Encore Cheonan" otelində baş verən yanğın zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxsin otelin 53 yaşlı işçisi olduğu bildirilir. Yaralılardan 4-ü yanğınsöndürənlərdir. Onlar dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onlardan bəziləri hələ də huşsuz vəziyyətdədir.

Qeyd edilir ki, hadisə zamanı oteldə ümumilikdə 57 nəfər olub. Hadisənin başvermə səbəbi araşdırılır.

Daha əvvəl Cənubi Koreyada sürət qatarının relsdən çıxması nəticəsində 14 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi