Bakı. 15 dekabr. REPORT.AZ/ Amerikanın böyüklüyünə görə ikinci axtarış sistemi olan "Yahoo!"nun 1 milyarddan çox istifadəçisinin məlumatları oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə internet şirkətin məlumatında bildirilir.
Oğurlanan məlumatlar arasında istifadəçilərin adları, elektron poçt ünvanları, telefon nömrələri, doğum tarixləri və şifrələri var.
Şirkət istifadəçilərin qeydiyyat yazılarının təhlükəsizliyinin təmin edilməsi üzrə addımlar atdığını və hüquq-mühafizə orqanları ilə sıx əlaqədə işlədiyini bəyan edib.