Xorvatiyanın baş naziri partiyasının seçkilərdə qələbə çaldığını elan edib

Xorvatiyanın baş naziri partiyasının seçkilərdə qələbə çaldığını elan edib Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, "Xorvat Demokratik Birliyi" hakim partiyası ölkədə keçirilmiş parlament seçkilərində qalib gəlib.
Digər ölkələr
6 İyul , 2020 05:56
Xorvatiyanın baş naziri partiyasının seçkilərdə qələbə çaldığını elan edib

Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, "Xorvat Demokratik Birliyi" hakim partiyası ölkədə keçirilmiş parlament seçkilərində qalib gəlib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Seçki komissiyasının məlumatlarına əsasən seçki məntəqələrinin 89,41%-nin səslərinin hesablanmasından sonra sağ mərkəzçi partiya 151 mandatdan 69-ni əldə edib.

"Xorvat Demokratik Birliyinin belə nəticəsi, bizim qələbəmiz, böyük qələbə, o öhdəlik yaradır. Çünki bizim keçmiş mandatımız (müddət - red) ağır və sınaqlarla dolu idi", - Plenkoviç deyib.

Qeyd edilir ki, seçkilərdə ikinci yeri Sosial Demokrat Partiyasının (42 mandat) başçılıq etdiyi birlik, üçüncü yeri 15 mandatla "Vətən hərəkatı" qazanıb. Qalan yerləri bir sıra başqa partiyalar əldə edib.

Xatırladaq ki, iyulun 5-də Xorvatiyada parlament seçkiləri keçirilib.

Son xəbərlər

Orphus sistemi