Xorvatiyada rəmzi qiymətə ev satılır

Xorvatiyada rəmzi qiymətə ev satılır Xorvatiyanın şimalında, Macarıstan sərhədi yaxınlığında yerləşən Leqrad qəsəbəsində evlər və torpaq sahələri 1 kuna (15 ABŞ sentinə yaxın) kimi rəmzi qiymətdən satışa çıxarılıb.
Digər ölkələr
313
16 Mart , 2020 13:23
Xorvatiyada rəmzi qiymətə ev satılır

Xorvatiyanın şimalında, Macarıstan sərhədi yaxınlığında yerləşən Leqrad qəsəbəsində evlər və torpaq sahələri 1 kuna (15 ABŞ sentinə yaxın) kimi rəmzi qiymətdən satışa çıxarılıb.

“Report” “Hrvatska radiotelevizija”ya istinadən xəbər verir ki, həmin yerdə azı 15 il yaşamış 40 yaşdan cavan şəxslər müraciət etsə, 35 min kunayadək (5 170 ABŞ dolları) dəyərində daşınmaz əmlak alması, yaxud 25 min kunayadək (3 693 ABŞ dolları) məbləğdə təmir işləri üçün kompensasiya ayrılacaq.

Yerli bələdiyyə başçısı İvan Saboliç bu aksiyanı cəmi 2 241 sakinin yaşadığı Leqrada işçi qüvvə cəlb etmək üçün keçirdiklərini, hazırda ölkənin bir çox yerlərindən, hətta qonşu Sloveniyadan, Bosniya və Herzeqovinadan belə ərizələr aldıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi