Xorvatiyada koronavirusa qarşı məhdudiyyətlər ilin sonuna kimi uzadılıb

Xorvatiyada koronavirusa qarşı məhdudiyyətlər ilin sonuna kimi uzadılıb Xorvatiya hökuməti koronavirusun beşinci dalğasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlərin müddətini dekabrın 31-dək uzatmaq qərarına gəlib.
Digər ölkələr
16 Dekabr , 2021 05:52
Xorvatiyada koronavirusa qarşı məhdudiyyətlər ilin sonuna kimi uzadılıb

Xorvatiya hökuməti koronavirusun beşinci dalğasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlərin müddətini dekabrın 31-dək uzatmaq qərarına gəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında respublikanın baş nazirinin müavini, daxili işlər naziri Davor Bojinoviç məlumat verib.

Nazir müavini bildirib ki, qadağalar sırasında yalnız 100-dən çox insanın iştirakı ilə açıq havada kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyət ləğv edilir.

Qeyd edək ki, bugünədək Xorvatiyada koronavirusa 662 mindən çox yoluxma faktı qeydə alınıb, 627 minə yaxın xəstə sağalıb, 11 779 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi