​Xorvatiya Serbiya ilə sərhəd keçidlərini bağlayıb

​Xorvatiya Serbiya ilə sərhəd keçidlərini bağlayıb Artıq ölkəyə 11 mindən çox miqrant gəlib
Digər ölkələr
18 Sentyabr , 2015 07:31
​Xorvatiya Serbiya ilə sərhəd keçidlərini bağlayıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Xorvatiya miqrantların ölkəyə axınını məhdudlaşdırmaq üçün Serbiya ilə sərhəd keçidlərini bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Xorvatiyanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir.

İdarənin məlumatına görə, ölkəyə artıq 11 mindən çox miqrant gəlib.

Hazırda ölkələr arasında mövcud olan səkkiz sərhəd keçidindən yalnız Bayakovo-Batrovts avtomobil yolu üzərindəki açıq qalıb. Hadisə şahidlərinin sözlərinə görə, burada çoxkilometrlik avtomobil növbəsi yaranıb.

Son xəbərlər

Orphus sistemi