Xorvatiya DSK: Zoran Milanoviç seçkilərdə 74,66 % səslə qalibdir
Digər ölkələr
- 12 yanvar, 2025
- 21:34
Xorvatiyanın seçki məntəqələrinin 99,48 %-nin məlumatlarına əsasən ölkənin hazırkı lideri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda səslərin 74,66 %-ni toplayıb.
“Report”un xəbərinə görə, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından (DSK) məlumat verilib.
Məlumata görə, 6 720 seçki məntəqəsindən 6 755-dən alınan məlumatlara əsasən Milanoviç 1 114 383 seçici səsini (74,66 %) toplayıb. Hakim "Xorvatiya Demokratik Birliyi" Partiyası tərəfindən dəstəklənən müstəqil namizəd Draqan Primoratz isə 378 172 səs (25,34 %) toplayıb.
Qeyd edilir ki, seçici fəallığı 44,16 % təşkil edib.
Milanoviç ötən il dekabrın 29-da keçirilən ilk turda seçicilərin 49,09 %-nin, onun əsas rəqibi Primoratz isə 19,35 %-nin dəstəyini qazanıb.
Son xəbərlər
09:47
"Real"ın braziliyalı futbolçusu UEFA Çempionlar Liqasındakı hər iki oyunda meydana çıxmayacaq
Futbol09:43
Foto
Rəşad Nəbiyev startap nümayəndələri ilə dəstək mexanizmlərini müzakirə edib
İKT09:35
Norveçdə keçmiş baş nazir barəsində Epşteyn işi üzrə istintaq başlayıb
Digər ölkələr09:31
KİV: Vens fevralın 9-10-da Ermənistan və Azərbaycana səfər edəcək
Region09:17
Əmircan və Bülbülədə işıq olmayacaq
Energetika09:17
Voleybol üzrə Azərbaycan çempionatında daha bir oyun baş tutacaq
Komanda09:09
"Əsrin fəlakəti"ndən üç il ötür
Region09:06
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:05