XİN başçısı: "Avstriya NATO-ya üzv olmayacaq"

XİN başçısı: "Avstriya NATO-ya üzv olmayacaq" Avstriya Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü ilə bağlı neytral qalacağını açıqlayıb
Digər ölkələr
16 May , 2022 12:24
XİN başçısı: Avstriya NATO-ya üzv olmayacaq
Aleksander Şallenberq

Avstriya Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü fonunda neytral qalacağını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.

“Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”, - o qeyd edib.

Xatırladaq ki, Avstriya NATO-nun üzvü deyil. Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edəcəklərini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi