​XİN: Savçenko yaya qədər Ukraynaya qayıda bilər

​XİN: Savçenko yaya qədər Ukraynaya qayıda bilər Kiyev pilotun həbs olunan iki Rusiya vətəndaşı ilə dəyişdirilməsinə hazırdır
Digər ölkələr
27 Mart , 2016 21:20
​XİN: Savçenko yaya qədər Ukraynaya qayıda bilər

Bakı. 27 mart. REPORT.AZ/ Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Dmitri Kuleba bildirib ki, Rusiyada həbs olunan təyyarəçi Nadejda Savçenko yaya qədər Ukraynaya qayıda bilər.

"Report" xəbər verir ki, bu barədə "Dojd" telekanalı məlumat yayıb.

"Əgər hər şey normal olarsa, o zaman düşünürəm ki, Savçenko yayadək qayıda bilər", — deyə Kuleba bildirib.

O qeyd edib ki, XİN Savçenkonu Ukraynada həbs olunan Rusiya vətəndaşları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev ilə dəyişdirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi