XİN: Qətər qonşuları ilə danışıqlar aparmır

XİN: Qətər qonşuları ilə danışıqlar aparmır Bakı. 15 dekabr. REPORT.AZ/ Qətər ona qarşı blokada siyasəti yeridən qonşu dövlətlərlə il yarımdır hər hansı danışıqlar aparmır.
Digər ölkələr
15 Dekabr , 2018 15:31
XİN: Qətər qonşuları ilə danışıqlar aparmır

Bakı. 15 dekabr. REPORT.AZ/ "Qətər ona qarşı blokada siyasəti yeridən qonşu dövlətlərlə il yarımdır hər hansı danışıqlar aparmır".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl Tani Doha Forumundakı çıxışı zamanı bildirib.

“Körfəz böhranına nəzər salsanız, hər kəs bilir ki, bunun heç bir əsası yoxdur, həmin ixtilafda böyük rolu texnologiyalar oynayıb. Vəziyyətin 18 aydır donduğunu görürük, bütün bu müddət ərzində bizimlə başqa Körfəz ölkələri arasında hər hansı bir dialoq yoxdur”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2017-ci ilin iyun ayında Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək bu ölkə ilə diplomatik münasibətləri və hər hansı əlaqələri dayandırıblar. Qətər bu addımları iqtisadi nailiyyətlərinə paxıllıqdan doğduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi