XİN: "Avroskeptiklər referendumda qalib gəlsə, London Aİ-dən çıxacaq"

XİN: "Avroskeptiklər referendumda qalib gəlsə, London Aİ-dən çıxacaq" Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib
Digər ölkələr
27 Yanvar , 2016 03:41
XİN: Avroskeptiklər referendumda qalib gəlsə, London Aİ-dən çıxacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ "Əgər Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) çıxmasına dair referendum avroskeptiklərin qələbəsi ilə yekunlaşsa, rəsmi London Aİ-də üzvlüyün dayandırılması ilə bağlı müvafiq prosedurları gündəmə gətirəcək".

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib. Nazir qeyd edib ki, referendum artıq cari ilin yay aylarında baş tuta bilər.

Hammondun sözlərinə görə, referendumun nəticələri hüquqi cəhətdən məcburi xarakter daşımasa da, Britaniya hökuməti vətəndaşların iradəsini nəzərə alacaq.

Xatırladaq ki, Baş naziri Devid Kemeron referenduma qədər ölkənin Avropa İttifaqındakı üzvlüyü şərtlərinə yenidən baxılmasına nail olmaq istəyir. Bunun üçün Avropa İttifaqı sazişləri dəyişdirilməlidir. Kemeron hesab edir ki, ilk növbədə rəsmi Brüssel səlahiyyətlərin bir qismini Londona qaytarmalıdır. Bundan əlavə Kemeron digər Avropa İttifaqı ölkələrindən gələn miqrantların sosial müavinət hüququnu məhdudlaşdırmaq üçün Britaniyaya icazə verilməsini istəyir.

Son xəbərlər

Orphus sistemi