Yuxarı

XİN: "Almaniya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək"

Berlin ATƏT sədri kimi Cənubi Qafqazda münaqişələrin həlli üzrə fəal səylər göstərəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ "Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində aktiv rol oynayacaq". "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu fikir Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Belqraddan Berlinə keçməsi ilə bağlı yaydığı bəyanatda əks olunub.

Nazir qeyd edib ki, Almaniyanın ATƏT-dəki sədrliyi çətin dövrə təsadüf edir. "ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Bundan əminəm", - deyə almaniyalı nazir vurğulayıb.

Onun sözlərinə görə, ATƏT məkanında uzun müddətli təhlükəsizlik ancaq ölkələrin birgə səyləri ilə təmin oluna bilər.

Valter Ştaynmayer bildirib ki, onun ölkəsi ATƏT sədri kimi Cənubi Qafqazda münaqişələrin həlli üzrə fəal səylər göstərəcək. Həmçinin, ATƏT-in nümayəndəliklərinin fəaliyyətini aktifləştirəcək.

Xatırladaq ki, Frank-Valter Ştaynmayer ATƏT Nazirlər Şurasının dekabrın 3-də Belqradda keçirilən 22-ci iclasında ölkəsinin sədrliyi dönəmində prioritetləri açıqlayıb. Nazir üç əsas istiqamətdə işləmək lazım olduğunu vurğulayıb: böhranlara reaksiya vermək; katibliyin, sahə missiyalarının və təşkilatların gücləndirilməsi; təhlükəsizliyin artırılması.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi