Liviyada düşmənçilik edən iki tərəfin liderləri – Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Haftarla Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac bazar ertəsi günü Moskvada görüşə bilərlər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Liviyanın “Akhbarlibya 24” portal bildirib.
Məlumata görə, bununla bağlı hələ rəsmi informasiya yayılmayıb.
Qeyd edilir ki, bazar günü Türkiyəyə səfər edən Saracın bazar ertəsi Moskvaya gəlişi gözlənilir.
Digər mətbu orqanın məlumatına görə, Haftar bazar günü Rusiya paytaxtı Moskvaya gəlib.