“Ukrzaliznitsi” qüvvələri tərəfindən Xarkovdan 600 mindən çox insan təxliyə edilib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Mülki Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları Xarkovu ələ keçirmək cəhdlərinin nəticəsiz qalması səbəbindən Xarkov vilayətində hücum əməliyyatlarını ləngidib. “Biz mövqelərimizi saxlayırıq. Ötən sutka ərzində şəhərdə düşmənin döyüş hissələrinin və onların təxribat-kəşfiyyat qruplarının irəliləyişləri və fəaliyyəti olmayıb”, - vilayət administrasiyasının rəhbəri teleqram kanalında yazıb.
Eyni zamanda o, Xarkov vilayətinin İzyum şəhərindəki çətin vəziyyəti qeyd edib. “Rusiya qoşunları şəhəri ələ keçirməyə çalışdı, biz onu müdafiə etdik”, - Sinequbov vurğulayıb.
Vilayət administrasiya rəhbərinin sözlərinə görə, çərşənbə axşamı Balakleya, İzyum, Liptsı şəhərlərinə humanitar yüklərin göndərilməsinə cəhd ediləcək.
“Hərbçilərimiz yeni silahlar alır və şəxsi heyətdə say artımı baş verir. Ən əsası isə onların güclü döyüş ruhu var”, - Sinequbov bildirib.