Xarkovda qəsdən adam öldürməkdə şübhəli bilinən azərbaycanlı həbs edilib

Xarkovda qəsdən adam öldürməkdə şübhəli bilinən azərbaycanlı həbs edilib Şübhəli şəxs dərhal həbs edilib
Digər ölkələr
22 Oktyabr , 2017 17:08
Xarkovda qəsdən adam öldürməkdə şübhəli bilinən azərbaycanlı həbs edilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ukraynada qəsdən adam öldürməkdə şübhəli bilinən 26 yaşlı azərbaycanlı saxlanılıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Xarkov sərhədçiləri "Qoptovka" buraxılış məntəqəsində ölkəni tərk etmək istəyən azərbaycanlının sənədlərini yoxlayıblar. Adı açqılanmayan şəxsin sənədlərinin yoxlanılması zamanı məlum olub ki, o, qəsdən adamöldürmə cinayətinə görə axtarışa verilib.

Şübhəli şəxs dərhal həbs edilib və bu barədə milli polisə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi