Xarici pasportu olmayan Aİ vətəndaşları Böyük Britaniyaya buraxılmayacaq

Xarici pasportu olmayan Aİ vətəndaşları Böyük Britaniyaya buraxılmayacaq Xarici pasportu olmayan Avropa İttifaqı (Aİ) vətəndaşları daha sadəcə şəxsiyyət vəsiqəsi ilə Böyük Britaniyaya gedə bilməyəcəklər.
Digər ölkələr
1 Oktyabr , 2021 10:36
Xarici pasportu olmayan Aİ vətəndaşları Böyük Britaniyaya buraxılmayacaq

Xarici pasportu olmayan Avropa İttifaqı (Aİ) vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə Böyük Britaniyaya gedə bilməyəcəklər.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki,  Aİ, Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarını üçüncü ölkə vətəndaşları ilə bərabərləşdirən bu qərar oktyabrın 1-də qüvvəyə minib.

Bu barədə qərar hələ ötən ilin oktyabr ayında qəbul edilmişdi. Məqsəd saxta şəxsiyyət vəsiqələri ilə mübarizə aparmaqdır. Böyük Britaniya DİN-nin məlumatına görə, məhz Avropa ölkələrinin şəxsiyyət vəsiqələri sərhəddə ən çox müsadirə edilən vəsiqələrdir.

Yeni qaydalar tam və ya qismən yaşayış izni almaq üçün bu il iyunun 30-dək müraciət etmiş Aİ, Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarına şamil edilmir. Onlar 2025-ci il dekabrın 31-dək ölkələrinin şəxsiyyət vəsiqələri ilə ölkəyə daxil olacaqlar.

Son xəbərlər

Orphus sistemi