Yuxarı

Xameneyi: Səudiyyə Ərəbistanı Mina faciəsinə görə üzr istəməlidir

Bunu İranın ruhani lideri İran lideri Ayətullah Əli Xameneyi bildirib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Cümə axşamı Minada 700-dən artıq zəvvarın ölümünə səbəb olmuş faciə ilə bağlı İslam dünyasının çox sayıda sualı var.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın ruhani lideri İran lideri Ayətullah Əli Xameneyi bildirib.

Onun sözlərinə görə, faciə ilə əlaqədar məsuliyyəti Səudiyyə Ərəbistanı öz üzərinə götürməlidir. “Səudiyyə Ərəbistanı ölənlərin və xəsarət alanların ailələrindən üzr istməlidir”, - deyə Xameneyi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi