Yuxarı

"Xaç atası" filmindəki mülk 195 mln. dollara satışa çıxarılıb

Yaşayış kompleksi isə 28 yataq otağı və 38 sanitariya qovşağından ibarətdir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Los-Anceles dairəsində yerləşən "Xaç atası" filmindən səhnələrin çəkildiyi Kaliforniya mülkü 195 milyon dollara satışa çıxarılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti yazıb.

Söhbət Los-Ancelesin qərbində, məşhur Beverli-Hillz rayonu ərazisində 1925-ci ildə inşa edilən evdən gedir. O, ABŞ ərazisində ən bahalı daşınmaz əmlak obyektlərindən biri hesab edilir. İki hektarlıq sahədə gecə klubu və kinoteatr daxil olmaqla altı tikili yerləşir, yaşayış kompleksi isə 28 yataq otağı və 38 sanitariya qovşağından ibarətdir.

Malikanədə, həmçinin mənzərəli bağlar, iki tennis kortu, hovuz və 400 nəfər üçün nəzərdə tutulmuş qəbul zonası var. Binanın memarlıq elementləri ispan və italyan üslubları ilə uzlaşır.

Mülk son zamanlar ayı 600 min dollara kirayəyə verilib. Onun hazırkı sahibi Leonard Ross tikiliyə görə əvvəlkindən 30 milyon dollar çox pul tələb edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi