Xabarovskdan Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb

Digər ölkələr
  • 27 yanvar, 2020
  • 07:24
Xabarovskdan Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb

Rusiyanın Xabarovsk şəhərindən Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hava gəmisində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Ona görə də təyyarə Xabarovsk aeroportuna geri qayıdıb. “Aeroflot” şirkətinə məxsus təyyarə artıq eniş edib.

Təyyarədə 262 sərnişin və 10 ekipaj üzvü olub.

Hadisə barədə əlavə məlumat verilməyib.