Yuxarı
    Bağlamaq

    ​WSJ: Rusiya Suriyanın şimalına artilleriya yerləşdirir

    Moskva Suriya ordusuna hava dəstəyini artırıb

    Bakı. 21 aprel. REPORT.AZ/ Rusiya Suriyanın artıq hökumət qoşunlarının cəm olduğu şimal hissəsinə artilleriya yerləşdirməyə başlayıb. Moskvanın bu addımı genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpa oluna bilmə ehtimalına görə ABŞ-ın narahatçılığına səbəb olub.

    "Report" xəbər verir ki, bu barədə Amerika hökumətindəki mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

    Nəşrin mənbələri, həmçinin bildirirlər ki, İran qoşunlarının bir hissəsi də Suriya hökumətinin nəzarəti altında olan ərazilərə qayıdıb. ABŞ kəşfiyyatı iki həftə öncə Suriya müxalifətinin nəzarəti altında olan Hələb şəhəri və Latakiyaya Rusiya artilleriyalarının yerləşdirildiyini qeydə alıb.

    Lakin, nəşr yazır ki, Rusiya artilleriyanı İŞİD və "Nüsra Cəbhəsi" terror qruplaşmalarına qarşı aparılan döyüşlərdə fəal istifadə edir. Həmçinin son vaxtlar Moskva hökumət qoşunlarına dəstək vermək üçün aviasiyadan istifadəni də artırıb. Rusiya aviasiyası hazırda günə təqribən on aviazərbə endirir. Rusiya sülh razılaşması qüvvəyə minənədək gün ərzində yüzə yaxın zərbə endirirdi.

    Aprelin 15-də Suriya ordusu "Hizbullah" və Rusiya aviasiyasının dəstəyi ilə Dəməşqin 355 km-də yerləşən Hələb şəhərinə hücuma keçməyə başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi