WSJ: "ABŞ-ın yetişdirdiyi əfqan əsgərlər İŞİD-ə qoşulurlar"

WSJ: "ABŞ-ın yetişdirdiyi əfqan əsgərlər İŞİD-ə qoşulurlar" ABŞ-ın yetişdirdiyi əfqan kəşfiyyatçıları və əsgərləri “Taliban”la mübarizə aparmaq məqsədilə İŞİD Xorasan qoluna qatılırlar.
Digər ölkələr
1 Noyabr , 2021 14:20
WSJ: ABŞ-ın yetişdirdiyi əfqan əsgərlər İŞİD-ə qoşulurlar

ABŞ-ın yetişdirdiyi əfqan kəşfiyyatçılar və əsgərlər “Taliban”la mübarizə aparmaq məqsədilə "İŞİD Xorasan" terror qruplaşmasına qatılırlar.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “Wall Street Journal” qəzeti yazıb.

Nəşrin xəbərinə görə, bu insanların sayı gündən-günə artmaqdadır.

Əfqanıstanın Beynəlxalq Kəşfiyyat İdarəsinin keçmiş rəisi Rəhmətullah Nabil isə bildirib ki, ölkədə “Taliban”dan başqa silahlı ikinci qruplaşma İŞİD-dir.

Son xəbərlər

Orphus sistemi