Vyetnamda "Kadziki" qasırğası səbəbindən azı üç nəfər həlak olub
Digər ölkələr
- 26 avqust, 2025
- 08:58
Vyetnamın mərkəzi hissəsində "Kadziki" tropik qasırğası səbəbindən ən azı üç nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə Yerli bəndlərin idarə edilməsi və təbii fəlakətlərin qarşısının alınması departamentindən bildirilib.
Qurumun məlumatına görə, avqustun 26-sı səhər saatlarında üç nəfərin ölümü təsdiqlənib, 13 nəfər müxtəlif xəsarətlər alıb.
Təbii fəlakət 6,8 mindən çox evə ziyan vurub, daha 3,1 min tikili su altında qalıb. Leysan yağışları kənd təsərrüfatına da əhəmiyyətli dərəcədə zərər verib, 31 min hektar düyü əkini və təxminən 2,2 min hektar meyvə plantasiyasını su basıb.
Mərkəzi regionun 740-dan çox elektrik xəttinin sıradan çıxması ilə 1,7 milyondan çox sakin elektrik təchizatından məhrum olub.
Son xəbərlər
12:34
Ginnesin Rekordlar Kitabına düşmüş ikiqat olimpiya çempionu vəfat edib
Komanda12:26
Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Hadisə12:25
"Azərbaycan Dəmir Yolları" ötən il 10 milyondan çox sərnişin daşıyıb
İnfrastruktur12:24
Foto
Azərbaycan cüdoçuları üçün maarifləndirmə tədbiri təşkil olunub
Fərdi12:23
Tokayev: ABŞ ilə strateji tərəfdaşlığı gücləndirəcəyik
Region12:13
"Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib
Fərdi12:11
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 13 % azaldıb
Biznes12:06
"Turk Hava Yolları" İstanbuldan Tehrana və əks istiqamətdə reysləri ləğv edib
Region12:06