Yuxarı
    Bağlamaq

    Vyetnamda içərisində 41 nəfərin olduğu turist gəmisi batıb

    Sərnişinlərin bəziləri üzərək sahilə çıxıb

    Bakı. 4 iyun. REPORT.AZ/ Vyetnamda Xan çayının keçdiyi Dananq şəhəri ərazisində göyərtəsində 41 nəfərin olduğu səyahət gəmisi çevrilib.

    "Report" "Sinxua"ya istinadən xəbər verir ki, insident şənbə günü gəmi sahildən ayrılandan bir neçə dəqiqə sonra baş verib.

    Sərnişinlərdən bəziləri üzərək sahilə çıxmağı bacarıb və daha bir neçə nəfərə də quruya çıxmaqda kömək olub. Yerli hakimiyyət xilasetmə əməliyyatına başlayıb.

    Yerli nəqliyyat idarəsi nümayəndəsinin sözlərinə görə, qayıq sahiblərinin turist reysi həyata keçirmək icazələri olmayıb.

    Sərnişinlər arasında xaricdən olan turistlər də olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi