Vyetnamda hərbi təlim təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr
- 26 avqust, 2016
- 11:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 avqust. REPORT.AZ/ Vyetnamın mərkəzində yerləşən Fuyen vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində yeganə şəxs olan pilot dünyasını dəyişib.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, "L-39" təlim-döyüş təyyarəsi təlim uçuşu zamanı düyü sahəsinə düşüb.
Hadisə ilə bağlı istintaq işi başlanılıb, qəzanın başvermə səbəbləri araşdırılır.
Asiyanın bu ölkəsində iyun ayından bəri pilotların ölümü ilə nəticələnən təyyarə qəzaları üçüncü dəfə baş verib.
Müdafiə Nazirliyinin rəsmi mövqeyinə rəğmən, "Thanh Nien" qəzeti təyyarənin avtomobil yoluna düşdüyünü və nəticədə həmin yolda olan naməlum bir nəfərin öldüyünü yazıb.
Son xəbərlər
11:06
Tərlan Həsənov: "Hidayət Heydərova Bakıdakı dünya çempionatında qərəzli yanaşıldı"
Fərdi11:06
Qraham Bredi: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması böyük irəliləyişdir
Xarici siyasət11:04
Tea Axvlediani: Gürcüstan Azərbaycanla humanitar sahədə də əməkdaşlıqda maraqlıdır
Xarici siyasət11:02
Nihal Saad: Dini icmalar iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilərlər
Din11:02
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
Din11:01
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur11:01
Milli Məclis "Aqrar sahə haqqında" yeni hazırlanmış qanunun layihəsini müzakirə edir
Milli Məclis10:55
Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb
Xarici siyasət10:54