Vyetnamda 5 nəfər sosial şəbəkədə yazdığı statusa görə həbs edilib

Vyetnamda 5 nəfər sosial şəbəkədə yazdığı statusa görə həbs edilib Bakı. 6 oktyabr. REPORT.AZ/ Vyetnamda 5 nəfər 8 ildən 15 ilədək azadlıqdan məhrum edilib. Onların sosial şəbəkələrdə yazdıqları status və öz mövqelərini dinc şəkildə ifadə etmələri hökumət əleyhinə fəaliyyət kimi qiymətləndirilib.
Digər ölkələr
6 Oktyabr , 2018 01:16
Vyetnamda 5 nəfər sosial şəbəkədə yazdığı statusa görə həbs edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Vyetnamda 5 nəfər 8 ildən 15 ilədək azadlıqdan məhrum edilib. Onların sosial şəbəkələrdə yazdıqları status və öz mövqelərini dinc şəkildə ifadə etmələri hökumət əleyhinə fəaliyyət kimi qiymətləndirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Amnesty International" hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Qeyd olunur ki, müttəhimlər xalq hakimiyyətinin devrilməsinə yönəlmiş hərəkətlərdə müqəssir biliniblər. Qərar Vyetnam Cinayət Məcəlləsinin 79-cu maddəsi üzrə çıxarılıb.

"Amnesty International"ın məlumatına görə, ötən ay Vyetnamda daha 8 nəfər hökumət əleyhinə fəaliyyətə görə həbs edilib.

Son xəbərlər

Orphus sistemi