Vuçiç: “Serbiya regionda hərbi əməliyyat keçirməyi planlaşdırmır”

Vuçiç: “Serbiya regionda hərbi əməliyyat keçirməyi planlaşdırmır” Serbiya, müxtəlif KİV-lərin proqnozlarının əksinə olaraq, münaqişə yaratmaq məqsədilə Kosovonun inzibati sərhədini keçməyib və regionda hər hansı hərbi əməliyyat keçirməyi planlaşdırmır.
Digər ölkələr
18 Avqust , 2022 08:19
Vuçiç: “Serbiya regionda hərbi əməliyyat keçirməyi planlaşdırmır”

Serbiya, müxtəlif KİV-lərin proqnozlarının əksinə olaraq, münaqişə yaratmaq məqsədilə Kosovonun inzibati sərhədini keçməyib və regionda hər hansı hərbi əməliyyat keçirməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Serbiya prezidenti Alban mətbuatının serb ordusunun beynəlxalq hüququ pozaraq Kosovonun inzibati sərhəddini keçməsi ilə bağlı xəbərləri ilə bağlı sualı cavablandırarkən bunun doğru olmadığını vurğulayıb:

“Hər şey kimi bu barədə də yalan danışdılar. 180 gün yalan danışdılar ki, rayonda kiməsə hücum edəcəyik. Bütün bu yalanlara görə heç kim üzr istəmədi, baxmayaraq ki, bu olmayıb və olmayacaq”.

Son xəbərlər

Orphus sistemi