Вritaniyada Paris hücumlarına bənzər hadisələrdən ehtiyat edilir

Вritaniyada Paris hücumlarına bənzər hadisələrdən ehtiyat edilir Britaniyanın sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib
Digər ölkələr
9 Yanvar , 2015 22:18
Вritaniyada Paris hücumlarına bənzər hadisələrdən ehtiyat edilir

Bakı. 9 yanvar. REPORT.AZ/ Parisdə Charlie Hebdo redaksiyasına terror hücumu ilə bağlı Böyük Britaniyanın bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib.

"Report" BBC-yə istinadla xəbər verir ki, Britaniyanın Daxili İşlər naziri Tereza Mey elan edib ki, Fransadan Britaniyaya gələn sərnişin, avtomobil və yüklərin yoxlanılması sərtləşdirilib. Onun sözlərinə görə, söhbət qabaqlayıcı tədbirlərdən gedir.

Bu arada Mİ-5 Britaniya kəşfiyyat xidmətinin başçısı Endryu Parker Britaniyada yeni terror hücumu təhlükəsinin gücləndiyini bildirərək ölkənin hüquq mühafizə orqanlarının bütün qəsdlərin qarşısını ala bilmək vəziyyətində olmadığına diqqəti çəkib. E.Parkerin təbirincə, son aylar ərzində polis və Mİ-5 ölkədə 3 terror hücumu cəhdinin qarşısını allıb.

2013-cü ilin mart ayında Mİ-5 rəhbəri təyin edilmiş Andrew Parker Londonda keçirdiyi mətbuat konfransında Suriyadakı Əl-Qaidə ekstremistlər qrupunun Qərb ölkələrindəki hədəflərə qarşı hücumlar planlaşdırdığını bildirib.

E.Parker Suriya və İraqda İslam Dövləti tərəfində döyüşən Britaniya vətəndaşlarından danışaraq belə könüllülərin sayının 600 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, Mİ-5 tərəfindən keçirilən antiterror əməliyyatlarının əksəriyyəti kiber məkanda elektron yazışmaların əldə edilməsi texnologiyalarına əsaslanır.

Son xəbərlər

Orphus sistemi