Vladimir Zelenski "exit poll"un nəticələrini şərh edib

Vladimir Zelenski "exit poll"un nəticələrini şərh edib Ukraynada prezident seçkilərində namizəd Vladimir Zelenski milli exit pollun nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib.
Digər ölkələr
21 Aprel , 2019 21:31
Vladimir Zelenski exit pollun nəticələrini şərh edib

Ukraynada prezident seçkilərində namizəd Vladimir Zelenski milli "exit poll"un nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib.

"Biz bunu birlikdə etdik. İndi heç bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür", - deyə o, öz qərargahında çıxış edərkən bildirib.

Zelenski həmçinin "Kvartal 95"-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər. Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski ikinci turda qalib olub.

Son xəbərlər

Orphus sistemi