Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibini yeniləyib

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibini yeniləyib Rusiya prezidenti TŞ-nin tərkibinə Kreml administrasiyasının yeni təyin olunan rəhbəri Andrey Vaynonu daxil edib
Digər ölkələr
12 Avqust , 2016 15:52
Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibini yeniləyib

Bakı. 12 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) tərkibini yeniləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, fərmanın mətnini Kremlin mətbuat xidməti yayıb.

V.Putinin imzaladığı fərmanda Rusiya Federasiyası prezidentinin Sibir Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi S.İ.Menyaylo, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini R.Q.Nurqaliyev, Rusiya Federasiyası prezidentinin Şimal-Qərb Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi N.N.Tsukanovun TŞ-nin tərkibinə yeni üzv qəbul edilməsi əksini tapıb.

Elə bu fərmanla R.Q.Nurqaliyev TŞ-nin daimi üzvləri sırasından xaric olunub.

Eyni zamanda, Rusiya prezidenti Kreml administrasiyasının yeni təyin olunan rəhbəri Andrey Vaynonu TŞ-nin tərkibinə daimi üzv statusunda daxil edib.

Son xəbərlər

Orphus sistemi