Vitali Kliçko korrupsiya işində şübhəli bilinir

Vitali Kliçko korrupsiya işində şübhəli bilinir Kiyev meri noyabrın 2-də dindiriləcək
Digər ölkələr
2 Noyabr , 2017 10:28
Vitali Kliçko korrupsiya işində şübhəli bilinir
Sputnik / STR

Bakı. 2 noyabr. REPORT.AZ/ Ukraynanın Milli Antikorrupsiyaya Agentliyi (MAA) Kiyev şəhərinin meri Vitali Kliçkonu korrupsiyada şübhəli bilir. 

Bu barədə "Report" RBK-ya istinadən xəbər verir.

Agentliyin diqqətini V.Kliçkonun Kiyevin əsas tikinti icraçıları olan şirkət nümayəndələri ilə özəl təyyarədə uçduğundan bəhs edən jurnalist araşdırması çəkib.

Agentlik həmçinin V.Kliçkonun rəsmilərin hədiyyələr almaqla bağlı qadağanı poza biləcəyini hesab edir. Bu maddəyə görə maksimum cəza tədbiri kimi cərimə nəzərdə tutulur.

KİV MAA-nın hazırda faktiki sübutlar topladığını və bunun nəticəsində inzibati xətanın olub-olmadığına qərar veriləcəyini yazıb.

Kiyev meri noyabrın 2-də dindiriləcək.

Son xəbərlər

Orphus sistemi