Ukrayna prezidentinin müşaviri: "Vinnitsadakı yanğını pilotsuz uçan aparat təşkil edə bilərdi"

Ukrayna prezidentinin müşaviri: "Vinnitsadakı yanğını pilotsuz uçan aparat təşkil edə bilərdi" Ukrayna Mərkəzi Rayon Hərbi Prokurorluğu təxribat törədilməsi faktı üzrə cinayət işi açıb
Digər ölkələr
27 Sentyabr , 2017 14:24
Ukrayna prezidentinin müşaviri: Vinnitsadakı yanğını pilotsuz uçan aparat təşkil edə bilərdi
REUTERS / Yurii Basiuk

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ukraynanın Vinnitsa vilayətindəki hərbi anbarlarda meydana gələn yanğını pilotsuz uçan aparat törətmiş ola bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Yuri Biryukov məlumat verib.

"Postların birində xidmət çəkən hərbçi qəribə səs eşitməsi barədə məruzə etməyə imkan tapıb. Bundan bir neçə saniyə sonra açıq meydanda partlayışlar baş verib. Perimetr çox yaxşı qorunub, odur ki, çox güman PUA olub. UTX onu ələ keçirməyə çalışıb", - Y.Biryukov "Facebook"da yazıb.

Qeyd edək ki, sentyabrın 26-da DFHX-nin bölməsinə Vinnitsa vilayətindəki Kalinovka qəsəbəsi yaxınlığında yerləşən, Müdafiə Nazirliyinə məxsus hərbi anbarlarda sursatların partlaması ilə bağlı məlumat daxil olub. Sahəsi təxminən 60 hektar olan anbarlarda 188 min ton sursat saxlanılır. Ukraynanın Baş Qərargahından verilən məlumata görə, yanğın anbarların ümumilikdə 10%-ni əhatə edib.

Ukraynanın Mərkəzi Rayon Hərbi Prokurorluğu təxribat törədilməsi faktı üzrə cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi