Viktor Orban: “Qərbin gələcəyi sual altındadır”

Viktor Orban: “Qərbin gələcəyi sual altındadır” “Qlobalistlərin əməlləri nəticəsində yaranan daxili böhran ucbatından Qərbin gələcəyi böyük suala çevrildi”.
Digər ölkələr
5 Avqust , 2022 06:50
Viktor Orban: “Qərbin gələcəyi sual altındadır”

“Qlobalistlərin əməlləri nəticəsində yaranan daxili böhran ucbatından Qərbin gələcəyi böyük suala çevrildi”.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Dallasda Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı zamanı bildirib.

“Qərbin gələcəyi sual altındadır. Biz Qərbdə çoxdan belə böhranla üzləşməmişik. Qərb özü ilə müharibə aparır. Biz qlobalist hakim sinfin nə təklif etmək istədiyini gördük. Amma biz başqa gələcək haqqında düşünürük. Qlobalistlər cəhənnəmə gedə bilər və mən Texasa gəldim”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi