Viktor Orban: Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməlidir

Viktor Orban: Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməlidir Baş nazir Viktor Orban rəsmi Brüsseli Macarıstanın missiyasını müharibə tərəfdarı adlandırdığına görə tənqid edib və sülh naminə addımlar atdığını bildirib.
Digər ölkələr
27 İyul , 2024 13:59
Viktor Orban: Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməlidir

Baş nazir Viktor Orban rəsmi Brüsseli Macarıstanın missiyasını müharibə tərəfdarı adlandırdığına görə tənqid edib və sülh naminə addımlar atdığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bildirilib ki, Macarıstanın Baş naziri qarşıdan gələn ABŞ seçkilərinə toxunaraq "Tramp qapıdadır" deyib.

"Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməsə, Donald Trampın qələbəsindən sonra bunu biabırçı şəkildə və təkbaşına etməli olacaq. Aİ-nin təsis müqaviləsində açıq şəkildə “İttifaqın məqsədi sülhdür” yazılıb. Macarıstanın sülh missiyası başlayandan bəri dialoqlar da başlayıb. ABŞ və Rusiya xarici işlər nazirləri danışıb, İsveçrə və Rusiya xarici işlər nazirləri görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski nəhayət Donald Trampa zəng edib və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Pekinə səfər edib", - V.Orban əlavə edib.

Son xəbərlər

Orphus sistemi