Yuxarı

Kanada İŞİD ilə mübarizəyə 114 mln. dollar ayıracaq

Vəsait İraq, Suriya, İordaniya və Livana ayrılacaq

Bakı.3 may. REPORT.AZ/ Kanada hökuməti “İraq-Şam İslam Dövləti” terror qruplaşması ilə mübarizə aparmaq üçün İraq, Suriya, İordaniya və Livan hökumətlərinə 114 milyon dollar ayıracaq.

“Report” xəbər verir ki, bu barədə mayın 2-də İraqa elan olunmamış səfər edən Kanadanın baş naziri Stiven Harper məlumat verib.

CTV telekanalının məlumatına görə, Harper Ərbil şəhərində olub, burada İraq Kürdistanının rəhbəri Məsud Bərzani və İraq hökumətinin başçısı Heydər əl-Abadi ilə görüşərək danışıqlar aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi