Vens Trampın xarici siyasətinin prioritetini açıqlayıb

Digər ölkələr
  • 18 avqust, 2024
  • 22:12
Vens Trampın xarici siyasətinin prioritetini açıqlayıb

Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, Çinlə mübarizə onun xarici siyasət prioritetlərindən biri olacaq.

“Report” xəbər verir ki, bunu ABŞ-nin Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində deyib.

"Donald Tramp və mən diqqəti Çindən ABŞ-a iş yerlərinin qaytarılması və Pekinin bizimkilər hesabına öz orta sinfini qurmasının qarşısını almağa qərarlıyıq. Əgər bunu edə bilsək, 50 il ərzində Çinlə qarşı-qarşıya gəlməyi daha yaxşı bacararıq", - Vens bildirib.

Tramp daha əvvəl Çinlə münasibətləri yaxşılaşdırmaq istədiyini bildirmişdi. Sabiq liderin fikrincə, buna nail olmaq üçün Vaşinqton ilk növbədə Pekinin hörmətini qazanmalıdır.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti