Vens: ABŞ Ukraynada uzunmüddətli həllə diqqət yetirməyə çalışır - YENİLƏNİB
- 07 may, 2025
- 18:26
ABŞ Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həllinə diqqət yetirməyə, qısamüddətli atəşkəs ideyasından uzaqlaşmağa çalışır və Rusiyanın buna soyuq yanaşdığını düşünür.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonda liderlərin Münhen görüşündə bildirib.
"Ruslar deyirlər ki, 30 günlük atəşkəs bizim strateji maraqlarımıza cavab vermir. Buna görə də biz 30 günlük atəşkəs ideyasından əl çəkərək uzunmüddətli həllin necə görünə biləcəyinə doğru irəliləməyə çalışırıq", - o qeyd edib.
18:08
ABŞ Moskva və Kiyevin danışıqlar masasına oturmayacağı təqdirdə, Ukrayna üzrə sülh danışıqlarında vasitəçiliyinin davam etdirilməsini qeyri-mümkün hesab edir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ-nin vitse-prezidenti Cey Di Vens liderlərin Münxen görüşündə bildirib.
O, münaqişə tərəflərini Kiyev və Moskva arasında birbaşa əlaqələrin qurulacağı prinsipləri razılaşdırmağa çağırıb.
"Biz hesab edirik ki, iki tərəf arasında ən azı birbaşa danışıqlar olmadan bu məsələdə vasitəçi olmağımız yəqin ki, mümkün deyil. Biz buna diqqət yetirəcəyik", - o qeyd edib.