Venesuelanın neft naziri koronavirusa yoluxdu

Venesuelanın neft naziri koronavirusa yoluxdu Venesuelanın iqtisadi məsələlər üzrə vitse-prezidenti, neft naziri Tarek el Aissaminin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Digər ölkələr
11 İyul , 2020 01:19
Venesuelanın neft naziri koronavirusa yoluxdu

Venesuelanın iqtisadi məsələlər üzrə vitse-prezidenti, neft naziri Tarek el Aissaminin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirin özü məlumat verib.

“Koronavirus testim müsbət çıxdığına görə bütün tibbi protokollara uyğun olaraq təcrid olunmağa başladım”.

Bundan əvvəl, Venesuela parlamentinin spikeri Diosdado Kabeloda və Sulia əyalətinin qubernatoru Ömər Pretoda da koronavirus aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi