Venesueladakı etirazlar zamanı öldürülənlərin sayı 83 nəfərə çatıb

Venesueladakı etirazlar zamanı öldürülənlərin sayı 83 nəfərə çatıb Lara ştatında keçirilən şənbə günü keçirilən etiraz aksiyaları zamanı 4 nəfər öldürülüb
Digər ölkələr
2 İyul , 2017 06:55
Venesueladakı etirazlar zamanı öldürülənlərin sayı 83 nəfərə çatıb
Foto: Gs.fm

Bakı. 2 iyul. REPORT.AZ/ Venesuelanın Lara ştatında keçirilən şənbə günü keçirilən etiraz aksiyaları zamanı 4 nəfər öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Agence France Presse" yerli məmurlara istinadən xəbər verib.

Bundan əvəvl isə ölkənin Milli Assambleyasının deputatı Luis Florido cümə günü keçirilən etirazlar zamanı 2 nəfərin öldürüldüyünü bildirib.

Qeyd edək ki, Venesuelada etirazlar Ali Məhkəmənin müxalif Milli Assambleyanın fəaliyyətini məhdudlaşdırması barədə qərarından sonra başlayıb.

Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin istefaya göndərilməsi və növbədənkənar seçkilərin keçirilməsi, habelə təsis yığıncağının çağırılmasına qarşı tələblərlə küçələrə çıxaraq bunu konstitusiyanı dəyişmək cəhdi hesab ediblər.

Son məlumatlara görə, yeni itkilər də nəzərə alınmaqla, etirazlar nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi