Yuxarı
    Bağlamaq

    Venesuelada yoxa çıxmış "Mi-17" helikopterinin axtarışına başlanılıb

    Əməliyyata bir neçə təyyarə və helikopter cəlb edilib

    Bakı. 5 yanvar. REPORT.AZ/ Venesuelanın hakimiyyət orqanları yoxa çıxmış "Mi-17" helikopterinin axtarışına başlayıblar.

    "Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopes özünün "Twitter"dəki mikrobloqunda yazıb.

    O, bildirib ki, Puerto-Ayakuçoda hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq 3 hava maşını axtarış əməliyyatına başlayıb. Nazirin sözlərinə görə, təyyarələr və vertolyot həmçinin "Mi-17"-nin enməli olduğu La-Esmeralda yaşayış məntəqəsindən də səmaya qalxıb.

    Qeyd edək ki, "Mi-17" helikopteri Puerto-Ayakuçoda dekabrın 30-da səmaya qalxıb. Onun göyərtəsində 4-ü mülki sakin olmaqla, 13 nəfər olub. 

    Müdafiə Nazirliyinin məlumatına görə, helikopter səmaya qalxdıqdan 40 dəqiqə sonra onunla əlaqə kəsilib. Bu günə kimi əlverişsiz hava şəraitindən axtarış-xilasetmə işləri təxirə salınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi